Dərbənddən olan, artilleriya üzrə general-leytenant rütbəsinə yüksələn ilk azərbaycanlı

18-04-2026, 08:54           
Dərbənddən olan, artilleriya üzrə general-leytenant rütbəsinə yüksələn ilk azərbaycanlı
Böyük Vətən müharibəsinin ilk günündən 9 may 1945-ci il Qələbə gününədək Hüseyn Rəsulbəyov cəbhədə döyüşüb. Odessa və Sevastopolun müdafiəsində iştirak edib, Kerç yaxınlığında, Taman yarımadasında, Novorossiyskdə və Şimali Qafqazda vuruşub. Bir neçə dəfə yaralanıb və hətta itkin düşənlər siyahısına da düşüb.
Müharibədən sonra, 1947–1975-ci illərdə Bakı Hava Hücumundan Müdafiə (HHM) dairəsinin qoşunlarında xidmət edib. O, hərbi mühəndis və kapitan rütbəsindən başlayaraq dairə komandanının müavini — zenit-raket qoşunlarının komandanı vəzifəsinədək yüksəlib və general-leytenant rütbəsi alıb.
Rəsulbəyov Sovet İttifaqında artilleriya üzrə general-leytenant rütbəsinə yüksələn ilk azərbaycanlı olub.
Bakı Dairəsinin Hava Hücumundan Müdafiə qüvvələrinin keçmiş komandiri, general-polkovnik Fedor Akimoviç Olifirovun xatirələrindən:
"Bəzən belə olur ki, hətta böyük liderlər də təşəbbüskar insanlar deyillər, baxmayaraq ki, bu onların birbaşa vəzifələrinə daxildir. Ancaq Hüseyn Cümşüdoviç heç vaxt təlimatlar, hər hansı bir əmr gözləmirdi. Özü həmişə birinci təşəbbüs göstərərdi, amma bəzən o qədər qızışırdı ki, ətrafdakılar buna mətəl qalırdılar. Zenit-raket qüvvələrinin komandanı kimi onun ən böyük xidməti odur ki, o sadəcə istedadlı bir mühəndis və ölkənin hava hücumundan müdafiə qüvvələrinin böyük bilicisi olması idi".
Onun Azərbaycanın rabitə naziri kimi fəaliyyəti dövründə onlarla yeni rabitə qovşağı və şöbəsi tikilərək istifadəyə verilib. Bakı şəhərinin həyatında mühüm hadisələrdən biri də Bakı dəmir yolu poçtamtının, Baş poçtamtın, Mərkəzi teleqrafın və respublika üzrə avtomatik şəhərlərarası telefon stansiyasının istifadəyə verilməsi olub.
1975–1980-ci illərdə onun rəhbərliyi ilə 7 televiziya stansiyası tikilib (əvvəl 3 idi) və onların 5-i respublikanın ucqar bölgələrində yerləşirdi. 1975-ci ilə qədər əhalinin televiziya ilə əhatə səviyyəsi 60 faiz idisə, onun dövründə bu göstərici 90 faizə çatdırılıb.
Bu gün Bakının simvollarından biri olan teleqüllənin tikintisinə də Hüseyn Rəsulbəyov başlayıb, lakin onu başa çatdırmaq qismət olmayıb — 1984-cü ildə vəfat edib.
Milli Kimlik
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru