Deməli, bu məmurlar ölkə iqtisadiyyatını inkişaf etdirmək əvəzinə öz şəxsi iqtisadiyyatlarını çiçəkləndirirlər.
Bu gün, 12:14

2 gün əvvəl iqtisadiyyatımızı indiki acınacaqlı günə qoymuş 6 vəzifəli haqda giriş statusu yazdım və onların fəaliyyətini işıqlandırmağa səslədim (https://www.facebook.com/story.php?story_fbid=10239510899367207&id=1130710918&rdid=FOfqlcvH7bfitHkb#). Budur, artıq bu gün mətbuat (https://qafqazinfo.az/.../eli-esedovun-biznes-ve-tikinti...) onlardan biri – baş nazir Əli Əsədovun biznes imperiyası haqda yazdı (mənim siyahımda o, 4-cü idi, yəqin aprel ayı 4-cü olduğu üçün ondan başlanıldı). Yeri gəlmişkən, baş nazirə iradlarımdan biri o idi ki, 7 ildir ki, qanuna zidd olaraq məmurların gəlir bəyannəməsi formasını təsdiq etmir və bununla da korrupsiyaya rəvac verir. 4 il əvvəl ona məktub da yazaraq həmin formanın layihəsini göndərmişdim ki, korrupsiya ilə mübarizə aparırsansa təsdiqlə (https://musavat.com/.../memur-beyan-etmir-vetendasdan...). Amma mənə heç cavab da vermədi (buna görə də 2024-cü ilin sonunda onu “İlin korrupsiya düşməni” elan etmişdim: https://www.facebook.com/share/p/1AsBnRMe5q/?). İndi məlumdur niyə. Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! Deməli, bu məmurlar ölkə iqtisadiyyatını inkişaf etdirmək əvəzinə öz şəxsi iqtisadiyyatlarını çiçəkləndirirlər. Bunun özü də işıq ucudur: gəlin hamısının əmlakını dövlət nəfinə alaq və bununla da büdcəmizi dolduraq. Gələcəkdə hətta paket şəklində aldıqlarından da məhrum etmək olar. Məbləğlər zatən bəllidir. Neçə milyard pul edəcək...
Əkrəm Həsənov
TEREF

