Enn Heteuey Meril Stripi "oğurluqda" ittiham etdi: Məşhur göy sviter haradadır?

Bu gün, 08:47           
Enn Heteuey Meril Stripi "oğurluqda" ittiham etdi: Məşhur göy sviter haradadır?
Məşhur aktrisa Enn Heteuey qatıldığı proqramların birində həmkarı Meril Stripi zarafatla "Şeytan Prada geyinir" filminin birinci hissəsindəki əfsanəvi göy sviterini oğurlamaqda günahlandırıb. "Demək, o, bura gedibmiş!" deyə zarafat edən aktrisanın bu çıxışı izləyicilər tərəfindən maraqla qarşılanıb.

Ötən həftə Seulda filmin ikinci hissəsinin premyerasına qatılan ulduzlardan 76 yaşlı Meril Strip qırmızı şalvar kostyumu ilə, Enn Heteuey isə qara dəri şalvar və həcmli qollu koftası ilə diqqət mərkəzində olublar.

Premyeradan əvvəl isə Enn Heteuey Milanda "Bvlgari" zərgərlik evinin yeni kolleksiyasının təqdimatında iştirak edib. Həmin gecə üçün dərin dekolteli və qırmızı rəngli möhtəşəm bir don seçən aktrisa obrazını iri zümrüd qaşlı boyunbağı və qızılı klatçla tamamlayıb. Hər iki tədbirdə zərif saç düzümü və makiyajı ilə parıldayan aktrisalar bir daha moda dünyasının diqqətini öz üzərlərinə çəkməyi bacarıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru