BABİLAN, QARTAL, NEMRUD VƏ AZƏRBAYCAN

8-05-2026, 17:05           
BABİLAN, QARTAL, NEMRUD VƏ AZƏRBAYCAN
Uydurma yunan əsatiri deyil bu. Həqiqətdir! Həqiqət!
Aspirant illərimdə Bakıda olanda atam USTA VƏLİYƏ bir dəfə sual verdim. Onun dünyagörüşünün geniş qatlarında ölkəmiz barədə hansı fikir yatdığını bilmək üçün:
"- AZƏRBAYCAN NƏ SÖZÜDÜR, ƏMİ?"
" - AZƏRBAYCAN BABİLDƏN YARANIB, BALA" dedi.
Cavabı məni laap təəccübləndirdi.
***
"Türkdilli Mixi yazılı bir mətndə belə bir hekayə var":
"Babilin ən ilk hökmdarı NEMRUD Babil qülləsini tikidirib Allahın Ərşinə yüksəlmək, onu əvəz etmək istəyirdi. Ona görə BABİL QÜLLƏSİNİN inşasına əmr vermişdi.
Nemrudun dövlətçilik atributu QARTAL idi.
QARTAL kimi şığıyıb, yerlərin, göylərin Mütləq-Hakimi olmaq fikri ona rahatlıq vermirdi.
Babil qülləsinin ucları buludlara çatanda, Allah qəzəbləndi və dedi:
"- Bir Yerə enim görüm yerdəkilər bu tikiliynən nə demək istəyirlər? Bunlar bu qalanı haraya qədər ucaldacaqlar? Bu Nemruddur, zaddır, nədir, deyəsən allahlıq iddiasına düşüb, balam?"
Və isti yay gecələrinin birində eləmədi tənbəllik, yendi (İraq! İraq!) yerə. Gördü ki, NEMRUD Babilin paytaxtı UR-NAMMUDA yoxdur. Ancaq qülləni tikən minlərlə əmələ hamısı 12 saatlıq yorğun iş günündən sonra dərin yuxuya gedib.
Dedi:
"-İndi mən sizin anaazı ağlar qoyum, siz də baxın, MƏNİMLƏ mənlik eləmək nə demək !.."
Amma Qədir Allah heç kəsə ziyan vurmadı. Türkücə danışan əmələlərin hər birinə ayrı-ayrı dil verdi.
Bunə hebruca "BİLBİL" deyilir. Və İncilə görə, guya BABİL adı BİLBİLDƏN (xaos) [1] gəlmədir.
Səhər yuxudan duran ƏMƏLƏLƏRİN hər biri bir dildə qırıldatmağa başlayanda aləm qarışdı bir-birinə. Dünən bir dildə bir-birini anlayan fəhlələr, incinarlar sanki lal olmuşdular. Heç kəs, heç kəsi anlamadı. Qüllənin işi yarımçıq qaldı.
Amma ALLAHIN ürəyi bununla soyumadı. Əmələnin (fəhlənin) nə günahı var deyib, allahlıq iddiasında olan NEMRUDU tapıb cəzalandırmaq lazım idi - düşündü O. Və sabahkı gecə onu tapdı.
O, indiki Türkiyənin Van gölünün sahilində ucalan sərin yaylaq yeri Nemrud dağının üstündə tikdirdiyi qızıl sarayında dincəlirdi. Saraya görə xalq, dağı elə "Nemrud dağı" adlandırırdı. Hər yayı o, bura 3 ay yaylaqlanmağa gəlirdi bütün saray əyanları, kahinləri, zadəganları, xanımları və sürüləri ilə.
U gecə ALLAH onu dərin yuxuya verib, sarayın ucaldığı Nemrud dağında elə bir DAĞUNA (vulkan) püskürtdü ki, yer-göy çalxandı. Və nəinki saray, hətta dağ zirvəsi belə bir gecədə kökündən yerlə yeksan oldu. Yerində indi də "NEMRUD GÖLÜ" adlanan iri göl yarandı.
Fəqət NEMRUDUN dövlətçiliyinin simvolu kimi seçmiş və hər yerdə
başının üstündən asdığı QARTAL [2] dağuna püskürən ləhzədə divardan qopub, uçmuş tavandan çıxıb da göylərə pərvaz etdi.
O 7-8 km-lik göydən sarayın və dağın necə bir andaca darmadağın olduğunu öz iti gözləri ilə seyr etdi. Ürəyinə qara nisgil çökdü.
Qartal üzünü şərqə Ağrı dağına tərəf tutmuşdu. Uça-uça o özünə yeni qonacağı yer axtarırdı.
Bir neçə saatdan sonra, o qoşa dağın zivələrini keçən kimi, 400-500 km uzaqlarda ucsuz-bucaqsız göy dəniz gördü. Dənizin qərb sahili də, özü də OD-ALOV içində idi.
Qartal:
" - Ora da BABİL kimi MÜQƏDDƏS yerdir. Sən bir işə bax haa !!.
Burada da Kəngər körfəzinin sahilləri də, içi də OD-ALOV püskürmələrində. Orada da... Dəniz yanır, Sahil yanır, Dağ yanır...
Burada da bizim Müqəddəs DƏCLƏ və FƏRAT çayları öz bol sularını dağlarda az qala bir yerdən götürüb, cənuba dənizə axır və ona tökülməzdən qabaq bir yerə qovuşub İKİÇAYARASI adlanan cənnət yaradır.
Bura da az qala sularını bir dağın ayrı-ayrı üzündən götürüb şərqə dənizə doğru ayrı-ayrı axan iki çay, ona tökülməzdən qabaq bir yerə qovuşub, İKİÇAYARASI adlnacaq CƏNNƏT yaradır, sonra birlikdə dənizə tökülür.
BURA DA BABİL !
ORA DA SANKİ BABİL !
ELƏ ORA DA QONACAM !
Son qərarı verdi QARTAL.
Adamlarının ODARA (ODA) İBAYD (PƏRƏSTİŞ) etdikləri bu AN (MƏKAN) qonacağım yer olacaq deyib, ADER BAYD AN üstündə qanadlarını gərdi QARTAL.
XƏZƏR DƏNİZİNİN sahilində yerə oturdu.
O quyruğunu və caynaqlarını AĞRI DAĞA söykədi.
Sol qanadını ətəklərində Dərbəndin uyuduğu TARKİ TAUYA (Tarki dağa) və ŞAH DAĞA, sağ qanadını Həmədanın başı üstündə ucalan ƏLVƏNDİN qarlı zirvəsinə söykədi.
İti gözlü və iti dimdikli başını Xəzər sularına söykəyib, sonuncu göz yaşını Xəzərə axıdıb, sonuncu ahını verdi.
Və dövlətinin simvolu etmiş sahibi NİMRUDUN son taleyinin dərdindən yerə qoncaq, başını sulara söykəyədiyi andaca daşa döndü QARTAL.
VƏ "ADER BAYD AN - AZƏR BAY CAN" ADLANACAQ
MÜQƏDDƏS, SƏRVƏTLƏ DOLU MƏMLƏKƏTİ YARATDI QARTAL [3].
_______________________________
1. Babilan - 3 türk sözü BAB(A) İL-EL-XALQ və AN-MƏKAN-VƏTƏN - sözlərinin birləşməsidir - BABA ELİN VƏTƏNİ, yəni ATAERKİL- PATRİARX XALQIN VƏTƏNİ.
2. Bisutunda Birinci DARA türkdən iqtibas etdiyi AHURANIN qanadlı simvolunu başının üstündən asdığı kimi. Dara onu sarayda otruduğu TAXTININ üstündən də asardı və bu işində o, İLK HÖKMDARIMIZ NEMRUDU təkrar edirdi.
3. ADER - OD; BAYD - SEVGİ; AN - MƏKAN - ODU SEVƏNLƏRİN MƏKANI. Qısası, ODLAR DİYARI.
Tariyel Azerturk
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru