Məhəmməd Əmin Rəsulzadənin Əlimərdan bəy Topçubaşovun məzarı başında nitqi.
11-05-2026, 12:14

Əlimərdan bəy 5 noyabr 1934-cü ildə Paris ətrafında, vəfat etmişdir. Məzarı Sen Klu şəhər qəbirstanlığında yerləşir.Onun dəfnində Məhəmməd Əmin Rəsulzadə və Rusiya imperiyasının dağılmasından sonra yaranan bütün respublikaların sürgündə olan hökumətlərinin nümayəndələri iştirak etmişdir. Onlar Topçubaşovun həyat və fəaliyyəti barədə çıxış etmişdir.
Məzar başında çıxış edən Məhəmməd Əmin Rəsulzadə demişdir:"Xanımlar, bəylər! Millət yolunda çalışanlarımızdan bir böyüyü ilə halallaşırıq. Heyhat! Azərbaycan parlamentinin şanlı rəisini, Nümayəndə Heyətinin sayğılı başçısını müsafiri olduğumuz Fransa torpağına əmanət buraxırıq. Parlamento rəisi, Nümayəndə Heyətinin başçısı, Milli Mərkəz üzvü və sairə kimi mərhumun daşıdığı ünvanları zikr etməklə Əli Mərdan bəy adının mənasını tamamilə anlatmaq, mövzunu bütün şümülü ilə qavramaq qətiyyən mümkün deyildir. Yetmiş beşi haqlayan yaşının heç olmasa əllisini, mərhum durmadan, yorulmadan camaat işinə və millət yoluna vermişdir. Əlli il ömür; yarım əsrlik həyat! Qoca bir dövr!… Bəli, Əli Mərdan bəyin geçinməsi ilə biz, milli həyatımızda başlı-başına bir dövrü təmsil edən mühüm şəxsiyyətdən ayrılırıq; çünki, Topçubaşi Əlimərdan bəyin ismi müəyyən bir nəsli və müəyyən bir dövrü andırır. Rusiyada ali təhsil görmüş, Türk və müsəlman ziyalısını barmaqla saymaq qəbul olduğu bir zamanda idi ki, Əli Mərdan bəy meydana çıxmışdı.
…Çox çəkməz məmləkət qurtular; və o zaman mütəşəkkir millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilini xatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin vətən torpağına götürər və xatirəni əbədiləşdirər…
Budur sənə söyləyəcəyim son söz! … Sənə bizlərdən minlərlə rəhmət ! … Sənə bizlərdən minlərlə hörmət!! …
"
Daha sonra Məhəmməd Əmin Rəsulzadə Əlimərdan bəy Topçubaşovun xatirəsinə "Qurtuluş" jurnalında yazmışdır:
" Bir millətin siyasi tarixində mühüm və davamlı bir yer tutan adam üçün “öldü” deyərlərsə, inanmayınız – Əlimərdan bəy ölməmişdir! "
Vusale Memmedli
TEREF

