QANLI YADDAŞIMIZ: Əhməd Cavad 134
5-05-2026, 15:18

Mən deyəndə ki, Cümhuriyyətçilərin məzarları geçikdirilmədən vətənə,Azərbaycana gətirilməlidir. bəziləri bu fikrimə sayğısız yanaşırlar. Onların ölkə xaricində də Azərbaycanı yaşatdıqlarını deyirlər. Amma və lakin..Baxın, neşə neçə Cümhuriyyətçilərimzin məzarları yoxa çıxıb?! Bəs, buna deyirsiz? Bu məzarların itməyi də axı hamımızın gözləri önündə baş verib!
nə isə..Bu gün mayın 5-ni gözəlləşdirən Əhməd Cavadın doğum günüdür.
Ə.Cavad yazdığı bütün şeirlərinə baxdıqca gözlərimiz önündə böyük Azərbaycanın obrazını yaranır. Çünki Əhməd Cavad şerlərində gah onun bayrağını, əsgərini, ordusunu tərənnüm edir, gah da yaradıcılığında xalqçılıq, azadlıq, istiqlal, xalq, millət məfhumlarını önə çıxardır. Bununla da Azərbaycan şeiri Ə.Cavadın yaradıcılığında,şeriyyatında yeni bir funksiya daşıyır, yeni funksiya qazanır. Bu zaman şerin ritmi də, intonasiyası da, ahəngi də onun qələmi qarşısında ram olur, yeniləşərək dəyişir.
Məhəmməd Əmin Rəsulzadə yazırdı: "O, şeirləri ilə türk xalqlarının, doğma Azərbaycanın apardığı istiqlal mübarizəsinə bir ordudan daha çox xidmət göstərdi. Onun qələmi minlərlə süngüyə bərabər idi".
Əhməd Cavad haqqında daha geniş məlumat almaq üçün xatirə yazımı oxuya bilərsiz. Belə də isə Əhməd Cavad bitmir, sonsuzdur.! Çünki o gələcəyə ümidlər baxdığımız Türkün Turanıdır
Şeirim sınıq bir türk sazı, ağlaradarq tellərini,
Adaq-adaq gəzmək istər könlüm Turan ellərini!
Ben bir Turan yolsçusuyam,
əlimdə bir sönük məşal,
Aman, şeirim, himmət eylə,
aman, təbim, bir qanad çal!
Açın qəlbim qubarını, baxın, nədir baş yazısı,
Əvvəl Allah göndərəndir,
sonra Türkün bayatısı!
Turan öylə bir müqəddəs Kəbədir ki, hər bir daşı
Kölgəsində düşər yerə Türkün əyilməyən başı!
sözardı1: Əhməd Cavad hələ müharibədə olduğu dövrdə məhz Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə Müsavat Partiyasına və Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinə üzv və onun katibi seçilmişdi.Şairin Milli hökumətin daxili və xarici fəaliyyətində iştirakı üçün 1918-ci ildə ona Gəncə qubernatoru tərəfindən dekabr ayının 22-də xarixi pasport da verilmişdir. O, azad surətdə İrana və Türkiyəyə gedib gələ bilərdi. Bu onun AXC-nin rəsmi nümayəndəsi olmasını göstərir.
Əhməd Cavad — ADR-in Gürcüstanda, Dağıstanda fövqəladə və səlahiyyətli nümayəndəsi kimi diplomatik işlər görüb. Əhməd Cavad 1918–1920-ci illərdə, 26–28 yaşlarında Azərbaycan milli istiqlalının təbliğatçısı olub.
Sözardı 2. Əhməd Cavad yazılarına və siyasi görüşlərinə görə repressiyaya məruz qaldığı dövrə qədər artıq 3 dəfə həbs olunmuşdu. Şair ilk dəfə 1923-cü ildə həbs olunub, bir neçə ay həbsdə saxlanılıb. Cavad Axundzadənin MTN arxivindəki 1923-cü il, PR – 20942 saylı istintaq işindən aydın olur ki, Azərbaycan Fövqəladə Komissiyasının əməliyyat müvəkkili İvan Makarov 1923-cü il dekabr ayının 1-də Müsavat Partiyasının işləri ilə tanış olur və belə qərara gəlir ki, Cavad Axundzadə 1918-ci ildən Müsavat Partiyasının üzvüdür. Şair Batumda olarkən Gəncə şəhərində yaşayan məktəb yoldaşı Abdulla Ağaəli oğlu ona məktub göndərir və bu məktubdan aydın olur ki, Müsavat Partiyasının Gəncə şəhərində yaradılmasının təşkilində Ə. Cavad yaxından iştirak edib. Bundan başqa o, Quba şəhərində müəllim işləyərkən ətrafına müsavatçılar toplamış, mütəmadi olaraq Bakı müsavatçıları ilə əlaqə saxlamışdır. Həmçinin Əhməd Cavad Axundzadə müsavatçı, Məhəmməd Əmin Rəsulzadənin silahdaşlarından biri olan Mirzə Bala Məmmədzadənin Türkiyəyə qaçıb getməsini təşkil etmişdir. Bütün bu deyilənləri nəzərə alaraq əməliyyat müvəkkili İvan Makarov təklif etmişdir ki, Ə. Cavad həbs edilsin və Azərbaycan Fövqəladə Komissiyasının (Az. ÇK) kamerasında ciddi nəzarət altında saxlanılsın. Əhməd Cavad ilk dəfə həbs olunanda Mirzə Bala Məmmədzadənin Türkiyəyə qaçıb getməsində iştirakının olmadığını söyləsə də, 1937-ci ildə həbs olunanda istintaq sorğu-sual materiallarında bu faktı etirak edərək boynuna alır.
S.S. 3.1892-ci ilin 5 mayında Şəmkirin Aşağı Sefəllisində anadan olan Əhməd Cavad, 12 oktyabr 1937 -ci ildə 45 yaşında sovet rejimi tərəfindən gülllələnnmişdir.
Baba Allahnəzərov


