Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın xatirələrindən

Dünən, 00:03           
Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın xatirələrindən
«Əhməd Cavad bütün şeirlərini gecə yazırdı. Ona görə də, səhər tezdən yuxudan oyana bilmirdi. Hər səhər obaşdan Mikayıl Müşfiq bizə gəlirdi. Səhər-səhər Cavadın əlyazmalarını götürüb oxuyur və əzbərləyirdi. Cavad oyanıb, gedib əl-üzünü yuyana kimi, Müşfiq onun şeirlərini əzbərdən deyirdi. Hələ zarafatla "bu ki, mənim şeirimdir" deyib, çay süfrəsinin arxasına keçib əyləşir və Cavadın şeirlərini əzbərdən, özünə xas olan bir məharətlə oxuyurdu. Onun fenomen hafizəsi vardı. Hər hansı şeiri bircə dəfə oxuması kifayət idi ki, onu yaddaşında saxlasın. Müşfiq Cavada ustad deyərdi, Cavad bu sözdən çox xoşlanırdı. O, Müşfiqi kiçik qardaşı kimi, odlu-alovlu bir şair kimi, özünün qələm dostu kimi sevirdi. Onun gələcəkdə çox böyuk şair olacağını, - söyləyirdi...»
Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın xatirələrindən
İlqar V. Zeynalov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru