18 may 1973-cü il, SSRİ tarixinin ən ölümcül terror hadisəsi baş verib.

Bu gün, 00:03           
18 may 1973-cü il, SSRİ tarixinin ən ölümcül terror hadisəsi baş verib.
18 may 1973-cü il, SSRİ tarixinin ən ölümcül terror hadisəsi baş verib. Moskva - Çelyabinsk - Novosibirsk - İrkutsk - Çita marşrutu ilə uçan Tu-104 təyyarəsinin havada partlaması nəticəsində göyərtədəki 81 nəfərin hamısı həlak olur.
İstintaq bu cinayəti törədənin Kirovabad (indi Gəncə) sakini Çingiz Rzayev olduğunu müəyyənləşdirdi.
Bu hadisə barədə qısa informasiyanı ilk dəfə 2022-ci ildə səhifəmdə paylaşdım və əlavə etdim ki, məqalə yazıram bu barədə (o məqaləyə keçid şərhdə). Həmin statusa yazılan neqativ şərhlər əsasən 5 qrupa bölünürdü:
- Hamı ölübsə, kimin törətdiyi haradan bilinir
- İndi bunun yeri deyil
- Düşmən dəyirmanına su tökmək
- Düşmənin özü olmaq
- Ermənilərdən niyə yazmırsan?
Kabinəyə daxil olmaq isdədi Arxadan güllə ilə vuruldu. Bombanı isə saldı. Hadisələri belə dəqiqliyi ilə danışmaga nə əsas verir sizə əyər orda bir nəfərdə olsa canlı şahid qalmayıbsa. Bəlkə nasazlıq dan təyarrə partlayıb. Bu nagılı kim uydurur
kimdirse puluyure sanki yaninda olube
Ekstrasenslərə müraciət olunub yəqin. O vaxt mod idi
Hər gün yeni bir fantazyor peyda olur.
əlbəttə,siz düz deyirsiniz. Və hətta elə bir şey olubsa belə, bunu aşkarlamaq və Azərbaycanlını terrorçu kimi tanıtmaq kimə lazımdır?
Ermeniler öz alcaq emellerini otrmek ucun bir azerbaycanlinin orda olmasina gore uydurublar!
Maraqlı budur ki, təyyarədə olan hər kəs ( bütüb hadısə şahidləri) həlak olub amma hadisə haqqında bu qədər dəqiq məlumat hardan yığıla bilər.
guya bunu yazmaqla siz duz hereket etdiniz????
biliriz niye ermeniler bizi butun dunyaya qan icen terrocu millet kimi teqdim edir. Bu sirada da sizin meqaleni bayraq kimi ellerinde tutacaqlar. Axi bu yaddan cixmish meseleni niye bu vaxt ortaya cixarirsiz?
1 cisi siz menim bu meqalenin indi yazilib ortsya cixalimagina iradim var. 2 cisi sizce nece fazi bilirdi bundan? Ve indi delinin yadina daş salmaq kimi cixir. O ki qaldi sadelovlukden inanin menim bele olmagim yaxshidi, neyin kim sizi bu meqaleni indi yada salmaq.
yəqin ki bu hadisənin olacaqəndan bunun xəbəri əvvəlcədən olub yafa bu öncə görücüdü təyyarədə saq qalan olmayıb o vaxt kamerada olmayıb bu özü özünə naqıl danışır camaatın da başını xarab eliyir
Ermənilərin rusiyada törətdiyi terrorlardan yazmağı məsləhət görürəm. Gəncəlinin yox
Sən niyə Ermənilərin 19- terror təşkilatı olub onlar haqqında yazmırsan,bu Çingizdi nədir bilmirəm, onun bu cinayətindən ( əgər doğrudursa)məlumat verirsən indiki bu məqamda heç hənanın yeridirmi. Sənə bir tema verirəm Gürcüstanda respublika partiya komitəsinin ikinci katibinin qohumları təyyarəni ekipajla birgə girov götürmüşdü, məşhur ALFA qruppu qəlib onları zərərsizləşdirdi gənclərin bəziləri qətlə yetirildi,sonra həmin ikinci katib oldu birinci katib. Bax bu temadı yaz, yoxsa kim bilir Çingiz yaxutda başqası partladıb təyyarəni şahidər hanı..
Məncə, bu cür məlumatı indiki toqquşma vaxtı vermək, düşmənin əlinə əlavə kozır verməyə bərabərdir. Başqa şəraitdə bəlkə obyektiv olmağımızı nümayiş etdirmək olardı. Hörmətlə
Bütün dünya ermənilərin terrorundan danışir,sen azərbaycanlilarin!
Təssüf ki həmişə düşmən dəyirmanına su tökən, millətimizi arxadan vuran valta sapı özümüzdən olur. Sən yszansansa SSRİ vaxtında 41-45 sə düşmən üzərinə canlı meşşan kimi göndərilən qəhəemanlaermızdan yazsana. Arxada uşağına cımıx yedizdorən analarımızdan yazsana, 37 və 50 ci illərdə sürgünə göndərilən azərbaycan ziyalılarından yazsan barmaqlarımı qururyar
Bu hadisəni yazıb sosial şəbəkələrdə paylaşmaq, düşmənlərimizi rəvac verən bir təxribatdır.
Araşdırın,yaxşı araşdırın,dünyaya azərbaycanlıların ermənilərdən də qatı "terrorist" olduğunu çatdırın. Bəlkə "Mobel"dən,zaddan bir şey verdilər.(((
Qardaşlar belə yazılar yazım Azərbaycanı terrorçu kimi qələmə verməyin.Belə əsasız nagılları da uydurmayın.Belə yazılar duşmən dəyirmanına su tökməkdir.
Bəlkə də bunu yayan düşmənə xidmət edir!
Bu kimdirsə ermənidən betərdir.Ozumuz özümüzü terrorçu adlandırmaq istəyirik?
hadisə yerinə gələn erməni əsilli ekspert-in gündəliyindən götürülmüş hekayə..
Bu yazıya baxanda Məlik Məmməd nağılının saat neçədə hansı tarixdə baş verdiyin axtarıram.🤣🤣🤣
Hamı ölübsə necə biliblər çingizin partlatdığın?🤣🤣🤣Bəlkə milisin hünəri çatmayıb bələdçi xanım silahı alıb vurub?🤣🤣🤣
Nə isə millətə şər atanda normal dəlillərin olsun.Ayıbdır,qıraqdan olunan bəsdir,çoxdur.
Sənə kim danışıb bu hadisəni əyər təyarədəkilərin hamısı olmuşdusə.
Bu paylaşmaqda məqsəd nədi
Özudə rus dilində cap elətdirki bəlkə yadlarından clxar
Niyə bizim milləti pisliyirsən?!
Əvvəla sən niyə azərbaycanlıların törətdiyi hadisələr haqqında bu cür canfəşanlıqla məqalələr yazırsan və daha geniş məqalə yazmağa hazırlaşırsan??? Elə terror haqqında məqalə yazmaq istəyirsənsə bildirdiyin Sovet dönəmində də, sonra Rusiyada ən çox terror hadisələrini ermənilər törədib. Niyə bu haqda deyil məhz başqa millətlərin nümayəndələri tərəfindən olunmuşları qabardırsan? Maraqlıdır sənin niyyətin nədir?
Hayların törətdiyi terror hadisələri tam araşdırıbsan indi də özümüzə keçibsən
Bu muellif her kimdirse,cox problemli adamdir!Cox guman ki,ermenilerle de bolushmusunuz bu qanli terror haqqinda meqaleni???Azerbaycanda yox,Ermenistanda esl qehremana cevrilersiniz!
Nə olub yenə? İranın şəhərlərində camaatı üsyana qaldıran Cəncə sakinləri olub? Kimin heyifini kimdən çıxırsınız bu yazı ilə?
Dostlar bu boş-boş xəbərləri paylamaq yerinə Azərbaycanlıların Rusiyada yaxşı mənada nələr etdiyini paylaşın.Ar olsun sizlərə ki,ortalığı qarışdırmağa çalışırsınız.
Mən başa düşmədim bunu yazmagla nəyi bildirmək istəyirsiniz , yani ki azərbaycanlı ən qanlı terrorist olub . Bu yazışma ilə özünüz bilirsiniz kimin dəyirmanına suy tökürsünüz.
Ermenisen sen?
BUNU YAZANIN FIKRI BIZE QARSI NIFRET OYATMAQDI ELEDE FEXRNEN EN QANLI TERROR AKTI QEYD EDIR SABAH ERMENILER.BUNU BUTUN DILLERDE YAZACAQLAR
Ermənilərə məlumat ötürürsən!!!!
Belə çıxır ki, bu anti Azərbaycan təbliğatıdı? Yazmağa başqa mövzu tapmamısız?
Yadigar Sadıqlı
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru