İstiqlalçı millət vəkili Hicran Kərimlinin vəfat etdiyi gündür
8-06-2026, 08:08

Bu bizik?!
Bu gün istiqlalçı millət vəkili Hicran Kərimlinin vəfat etdiyi gündür. 25 sentyabr 1963-də anadan olan Hicran Kərimli 2021-ci ilin 8 sentyabrında vəfat edib.
Bu gün düz 5 il ötür yoxluğundan ...O, məşhur 43-lərdən biri olan Hicarn Kərimli Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri olaraq Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan şəxs olub.
Millətin yolunda olmaq, onun üçün mübarizə aparmaq onun həyat qayəsi idi. Hələ gənc yaşlarında Ordubad Konserv Zavodunun baş iqtisadçısı vəzifəsində işləyib. Sonralar isəm Sovet dövrü olsa da Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərindən – 339 nömrəli Ordubad seçki dairəsindən deputat seçilmişdi.
Cəsarəti, sözü, həqəqti şax deməyi onu hamının sevimlisi etmişdi. Təsadüfü deyildi ki, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə Hicran Kərimli də daxil edilmişdi. həmin günlər onun siyasətdə parlayan günləri idi. O siyasi təlatümlü günlərdə “Müstəqil Azərbaycan” Demokratik Blokunun üzvlərindən və məşhur “43-lər”dən, SSRİ-nin qorunub saxlanılması haqqında referendumun Azərbaycanda keçirilməsinin əleyhinə səs verən millət vəkillərindən birinə çevrilir. Onun Milli Məclisdə Heydər Əliyevlə deyişməsi bu gün də qulaqları deşir.
Əminliklə deyə bilərəm ki, Hicran Kərimli Allahın ona verdiyi qısa 58 illik ömrün hər gününü şərəflə yaşayıb. Çox təəssüf ki, koranaviris ondan yan keçmədi...Bu qısa ömründə xalqın xeyrinə çox işlər gördü və elə ona görə də hörmətlə xatırlanır.
Yəqin əksəriyyətiniz 1993-cü ilin avqustunda Azərbaycan parlamentində sədr Heydər Əliyevlə Ordubad seçki dairəsindən deputat Hicran Kərimli arasında gərgin anları yaxşı xatırlayırsız. Deputat Kərimli Əliyevin Ordubadda durumun ağır olmasıyla bağlı dediklərini "yalan" adlandırır, Heydər Əliyev onu susdurmaq istəyir, "mən Ordubadı da tanıyıram, səni də" deyirdi. Parlament sədrinin "Ordubad əhalisinin silah terroru altında" yaşadığını deməsi Hicran Kərimlini bir az da özündən çıxarırdı.
Müsavatın Başqanı İsa Qəmbər də onun ölüm xəbərindən çox təsirlənmişdi: "Hicran Kərimli 50 milyonluq azərbaycanlının ən tanınmış ziyalılarından biri idi...Hicran Kərimli xalq hərakatımıızın ən dəyərli təmsilçilərindən biri olaraq çox əqidəli bir insan idi..Sözünü açıq deyən bir insan olduğunu bütün Azərbaycan bilirdi. Siyasi yolunda heç vaxt sapmadı, Rəsulzadə -Elçibəy yolundan dönmədi və bu yolunda sona qədər davam etdi...Bu gün mən Hicranı da şəhidlərimizdən biri hesab edirəm. Saysız hesabsız şəhidlərimizdən biri oldu Hicran bəy ...Əslinə qalsa O, gərək bu gün üçrəngli bayrağımızla gərək dəfn olunaydı...
Hicran Kərimli dəyərini almasa da zaman gələcək Hicran kimi dəyərli insanın qiyməti bilinəcək...İstiqlal, Şöhrət ordenləri təsadüfü adamlara deyil, məhz Hicran kimi adamlara veriləcək. Bunu Azərbaycan xalqı edəcək...Çünki Azərbaycan xalqı qədirbilən xalqdır. Əminəm ki, Hicran bəyin də qədrinin bilindiyi gün olacaq, onun adına küçələr, meydanlar olacaq. Mən buna inanıram.!! Tanrı ruhunu şad eləsin."
Qeyd edim ki, Hicran Kərimli iyunun 8-də yaşadığı Moskva şəhərində 58 yaşında vəfat edib. O, COVID-19 diaqnozu ilə Moskvada xəstəxanaya yerləşdirilir və yoluxmuş olduğu halda, koronavirus əleyhinə peyvənd vurulması Hicran Kərimlinin ölümünə səsb olub.
Baba Allahnəzərov
TEREF



