Pirallahıda icra başçısı Vasif İmanovun sürücüsu Zaurun gizlin əməlləri….

30-09-2025, 07:04           
Pirallahıda icra başçısı Vasif İmanovun sürücüsu Zaurun gizlin əməlləri….
Pirallahı rayonunda DOST işçisinin MİS-ə köçürülməsinə kimlər nəzarət edir?..
Son illər ölkəmizdə fəaliyyət Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) bağlanacağı ilə bağlı məlumatlar dolaşır.
TEREF daxil olan məlumata görə Pirallahı rayonunda DOST xətti ilə Mənzil-Kommunal Təsərrüfat Birliyi idarəsinə göndərilən işçilər də bu məlumatlardan narahat olublar. Buna görədə bir çox işçilər müxtəlif vasitələrlə rayon Mənzil-Kommunal Təsərrüfat Birliyininə işə keçməyə çalışırlar. Saytımıza verilən məlumatda 159 və 153 saylı Mənzil Kommunal İstismar sahəsi rəhbərliyi tez-tez DOST işçilərinə yaxın aylarda işlərinin bağlanacağını bildirir. Qeyd edək ki, hazırda 159 və 153 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi vəzifəsini Əli İbrahimov tutur.
Bildirilir ki, hazırda DOST-dan MİS-ə keçməyin xərci 5-6 min manat arasında dəyişir. Bu işlərdə Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyi rəhbərliyinin, MİS rəisinin və rayon icra başçısı Vasif İmanovun Zaur adlı sürücüsünün adı hallanır. Mənbə qeyd edir ki, 159 və 153 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi DOST işçiləri arasında işlərinin bağlanacağı təbliğatını apartdırmaqla daha çox pul qazanmaq məqsədini güdür.AzFakt.com
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru