Yoxlama növbəsi Ağalar Vəliyevin oğlunun məşhur şirkətinə gəldi - araşdırma başlayıb...

9-10-2025, 09:14           
Yoxlama növbəsi Ağalar Vəliyevin oğlunun məşhur şirkətinə gəldi -  araşdırma başlayıb...
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olan “Kristal Bakı” ASC (VÖEN - 3103396091) barəsində araşdırma aparır.
Yeniavaz.com Agentlikdən açıqlanan məlumata istinadən xəbər verir ki, araşdırma çoxsaylı vətəndaş müraciətləri əsasənda aparılır.
Bildirilir ki, “Kristal Bakı” ASC tərəfindən inşa edilən binalardakı mənzillərin təmiri ilə bağlı yayımlanan reklamların və həmin reklamlara uyğun təmir işlərinin aparılması (xidmətlərin göstərilməsi) ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması halları araşdırılacaq.

Məlumat üçün qeyd edək ki, 19 mart 2020-ci ildə dövlət qeydiyyatına alınan “Kristal Bakı” ASC-nin nizamnamə kapitalı 1 milyon manat təşkil edir. ASC-nin qanuni təmsilçisi Dostumalıyev İbrahim Cəfər oğludur.
Açıqlanan son məlumata görə, “Kristal Bakı” ASC-nin səhmlərinin yarısı Vəliyev Pərviz Ağalar oğluna məxsusdur. Pərviz Vəliyev “Azəraqrartikinti” ASC-nin Müşahidə Şurasının sədri, millət vəkili Ağalar Vəliyevin oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru