Binəqədi rayonunda yeni qanunsuz obyekt tikintisi üçün ərazi hazırlanır? - Ağaclar belə məhv edilir-Fotofakt

12-10-2025, 00:05           
Binəqədi rayonunda yeni qanunsuz obyekt tikintisi üçün ərazi hazırlanır? -
Bakıda ağacların dibi betonlanıb.

Bu barədə sakinlər məlumat verib.

Paytaxtın Binəqədi rayonunu Cəfər Xəndan küçəsi 28-də yerləşən ərazidə ağacların dibinə beton töküldüyü bildirilir.

Sakinlərin təqdim etdiyi fotolarda ağacların dibinə tökülən beton aydın şəkildə görünür.

Mütəxəssislər hesab edir ki, ağac köklərinin betonlanması bitkilərin tənəffüsünü dayandırır və bu vəziyyət ekosistemdə zəncirvari təsirlər yaradır. Belə olan halda ağacların kök sistemi hava və su ilə təmasdan məhrum olur, nəticədə yaşıllıq qısa müddətdə məhv ola bilər.

Bakı Şəhər İcra Hakimiyyətinə məsələ ilə əlaqədar sorğu ünvanlanıb. Qurumdan məsələnin araşdırlacağı bildirilir.
Modern.az



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]