Göyçay rayonu Çərəkə kənd məktəbində nə baş verir? - Müəlliməni nədə ittiham edirlər? VİDEO

13-10-2025, 07:24           
Göyçay rayonu Çərəkə kənd məktəbində nə baş verir? -
Poçtumuza daxil olmuş şikayət məktubunu oxuculara təqdim edirik:
Göyçay rayonu Çərəkə kənd sakini Məmmədov Rəvan İdris oğlu tərəfindən

ŞİKAYƏT

Göyçay rayonu Çərəkə kəndində yerləşən Şəhid Siyavuş Mirzəyev adına 1 saylı tam orta məktəbin biologiya müəllimi Rüstəmova Təranə tərəfindən müəllim adına və milli-mənəvi dəyərlərimizə zidd davranışlar müşahidə olunur.
Belə ki, Təranə Rüstəmova özünə məxsus “TikTok” sosial şəbəkə hesabında şagirdlərlə birlikdə canlı yayımlar açaraq məktəbin və müəllim peşəsinin nüfuzuna xələl gətirən, əxlaqa və pedaqoji prinsiplərə zidd hərəkətlər edib. Bu davranışlar cəmiyyətin, xüsusilə də kənd əhalisinin və valideynlərin ciddi narazılığına səbəb olub.
Müəllim dəfələrlə məktəbdə həmkarları və şagirdlərlə mübahisələrə yol verib, hətta Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məktəbə polis çağırıb. Bu hallar məktəbdəki uşaqlar arasında qorxu və psixoloji gərginlik yaradıb.
Bir neçə dəfə valideynlər qrupu məsələ ilə bağlı Göyçay Rayon Təhsil Sektoruna müraciət etsə də, şöbə müdiri Rauf Məmmədovu yerində tapa bilmədiklərinə görə müraciət nəticəsiz qalıb. Məktəbin əvvəlki direktoru İlahə müəllimənin dövründə də bu məsələlər müzakirə olunub, lakin konkret nəticə əldə edilməyib.

Bu hallar “Təhsil haqqında” Qanunun 18-ci maddəsinin (müəllimlərin etik davranış və peşə məsuliyyəti) və “Təhsil işçilərinin etik davranış qaydaları”nın tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
Mən mətbuat vasitəsilə Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayevə müraciət edərək xahiş edirəm ki:
Göyçay rayonu Çərəkə kənd Şəhid Siyavuş Mirzəyev adına 1 saylı tam orta məktəbin biologiya müəllimi Rüstəmova Təranə barəsində xidməti araşdırma aparılsın, onun sosial mediada nümayiş etdirdiyi və pedaqoji fəaliyyətə zidd davranışlar qiymətləndirilsin, təhsil haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq pedaqoji fəaliyyətinə xitam verilməsi (işdən azad olunması) məsələsinə baxılsın, şagirdlərin psixoloji təhlükəsizliyinin təmin olunması və məktəbin nüfuzunun qorunması üçün zəruri tədbirlər görülsün.

Həmin videonu təqdim edirəm.
Teref.net olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru