“MANNHAİM TURİZM”in rəhbəri Tural Abbasov xaricdə işə düzəltmə əməlləri

8-11-2025, 08:10           
“MANNHAİM TURİZM”in rəhbəri Tural Abbasov xaricdə işə düzəltmə əməlləri
Almaniyada rəsmi iş imkanı… Maaş: 2000 avro… Slovakiya və Litvada vakansiyalar…

“Tiktok”da gördükləri bu iş elanlarına inananlar dələduzluqla üzləşdiklərini iddia eidrlər. “Xəzər Xəbər”in vatsap qaynar xəttinə müraciət edən şəxslər “MANNHAİM TURİZM” adlı profillə xaricdə iş elanları paylaşan səhifədən şikayətçidirlər. Onlar bu şirkətin rəhbəri Tural Abbasov tərəfindən aldadıldıqlarını iddia edirlər.

Şikayətçi Günay Abuzərli bildirir ki, bir müddət əvvəl “Tiktok”da bu səhifədə iş elanları görüb. Daha sonra isə işlə bağlı müraciət ediblər və 2300 manat ödəniş ediblər. Amma nə işlə təmin olunublar, nə də pullarını geri ala bilirlər.

Eyni vəziyyətlə üzləşən daha bir şəxsdən isə 1000 manat alınıb.

Şikayətçilər deyirlər ki, işədüzəltmə adı altında pul verdikləri şirkətin rəhbəri ilə yazışmaları və səs yazıları da var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]