Sumqayıtda ağac kəsilib obyekt quruldu-Video

12-11-2025, 07:04           
Sumqayıtda ağac kəsilib obyekt quruldu-Video
Təqdim olunan videogörüntüdə Sumqayıt şəhəri, 1-ci mikrorayon, bina 9/11 qarşısından Göyərçin abidəsinə gedən yolda baş verən vəziyyət əks olunub.

TEREF patrul.az-a istinadən xəbər verir ki,görüntülərdən məlum olur ki, 8 Noyabr – Zəfər Günü axşam saatlarında əraziyə konteyner tipli obyekt yerləşdirilib.

Sakinlərin sözlərinə görə, piyada axınının çox olduğu bu yerdə belə bir obyektin quraşdırılması həm keçidi məhdudlaşdırır, həm də ərazinin ümumi görkəminə mənfi təsir göstərir. Videogörüntüdə obyektin quraşdırılması zamanı ağacların kəsildiyi də açıq şəkildə görünür.

Hazırda sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan tədbir görülməsini və ərazidə qanunsuz tikintilərə nəzarətin gücləndirilməsini tələb edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]