Gəncə Regional Kollecdə müəllimlərə təzyiqlər davam edir? – YENİ İDDİALAR /VİDEO

15-11-2025, 09:06           
Gəncə Regional Kollecdə müəllimlərə təzyiqlər davam edir? – YENİ İDDİALAR /VİDEO
Gəncə Regional Kollecdə baş verən narazılıqlar bitmək bilmir. Redaksiyamıza daxil olan məlumata görə, kollecin direktoru Xoşgədəm Xudiyeva ilə bağlı yeni və ciddi iddialar səsləndirilib.

Bildirildiyinə görə, bir neçə müəllim rəhbərlikdəki neqativ hallarla bağlı aidiyyəti qurumlara rəsmi şikayət etdikdən sonra məqsədli şəkildə təzyiqlərə məruz qalıb. İddialara əsasən, direktor X.Xudiyeva həmin şəxsləri polisə verərək onlara qarşı inzibati və ya hüquqi tədbirlərin görülməsinə çalışıb.

Müəllimlər deyirlər ki, bu addımlar birbaşa onların səsini boğmaq və ictimaiyyətə çıxan narazılıqları susdurmaq məqsədi daşıyır. Vurğulanır ki, bu təzyiqlər kollecdə onsuz da gərgin olan psixoloji mühiti daha da ağırlaşdırıb, pedaqoji heyət arasında qorxu və narahatlıq yaradıb.

Hazırda kollecdəki bu gərgin vəziyyətə qarşı Təhsil Nazirliyi və digər nəzarət qurumlarının hansı addımları atacağı maraqla gözlənilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]