Milli Məclisin gənc deputatlarından Mircəlil Qasımlınında xaricdə şirkəti üzə çıxdı - FOTO

16-11-2025, 10:18           
Milli Məclisin gənc deputatlarından Mircəlil Qasımlınında xaricdə şirkəti üzə çıxdı - FOTO
Yazırlar ki, Milli Məclisin gənc deputatlarından Mircəlil Qasımlı parlamentin ən passiv deputatıdır, indiyədək plenar iclaslarda bir dəfə də olsun çıxış etməyib.
Noolsun, adam parlamentdə passivdir, zato Mircəlil bəy Slovakiyada çox aktivdir. Həm diplomat Cəlal Qasımovun qardaşı oğludur, həm Slovakiyanın Azərbaycanda səfiri Elçin Qasımovun əmisi oğludur, üstəlik özünün Slovakiyada şirkəti var.
Deputatın Bratislavada 2006-cı ildən fəaliyyətdə olan şirkəti SATEX ING International sro-dur. Kapitalı 2024-cü il maliyyə hesabatına görə 116.800 avro təşkil edir.

Bəs şirkət nə işlə məşğuldur? Sənədlərə görə azərbaycanlı investorlar üçün ənənəvi olan daşınmaz əmlak biznesi ilə. SATEX ING International sro Slovakiyanın qərbindəki kiçik kurort şəhəri olan Peştyanidəki 4 ulduzlu Otel Oark Avenyünün sahibidir.
Cavanşir Həsənli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]