Abşeronun icra başçısı Abdin Fərzəliyev qanunsuz tikintilərə hansı şərtlərlə icazə verir?

19-11-2025, 08:14           
Abşeronun icra başçısı Abdin Fərzəliyev qanunsuz tikintilərə hansı şərtlərlə icazə verir?
Abşeron rayonunda qanunsuz tikinti ilə bağlı XALQ-a məlumatlar daxil olub.

Belə ki, Abşeron rayon ərazisində qanunsuz tikinti işləri aparılır

XALQ məlumat verir ki, bu tikinti ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında hər hansı bir məlumata rast gəlmədik.

Bu isə o deməkdir ki, inşa edilən obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmayıb.
Ümumiyyətlə Abşeron rayonu ərazisində qanunsuz obyektlərin və qanunsuz evlərin tikintisinə necə razılıq verildiyi məlum deyil.

İddialar görə, qanunsuz tikintilər icra hakimiyyətinin səlahiyyətli şəxslərin razılığı ilə inşa olunduğu bildirilir.

Qeyd edək ki, 2022-ci ildən Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.

Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Abşeron rayon İcra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı.

Araşdırmalarımız davam edir. Qurumların mövqeyini dərc etməyə hazırıq.

Həmin görüntüləri oxuculara təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]