AYNA şefi dayanacaqları kolxoz bazarına çevirib - Süni qiymət artımı...

16-02-2026, 12:06           
AYNA şefi dayanacaqları kolxoz bazarına çevirib - Süni qiymət artımı...
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəhbərliyi Bakının ictimai nəqliyyat sistemini daha da rəzil günə qoymaqda davam edir.

Bizimesr.az-ın məlumatına görə, tanınmış memar Elçin Əliyev paytaxtda ictimai nəqliyyatın mövcud vəziyyətini kəskin tənqid edib. O bildirib ki, Bakı şəhərində bu günə qədər ictimai nəqliyyatın vahid və aydın hərəkət sxemi formalaşdırılmayıb.
Memarın sözlərinə görə, digər iri paytaxt şəhərlərindən fərqli olaraq, Bakıda sistemli nəqliyyat planlaması mövcud deyil: “Digər iri paytaxt şəhərlərindən fərqli olaraq, Bakıda bu günə qədər ictimai nəqliyyatın hərəkət sxemi yoxdur. Əvəzində isə avtobus dayanacaqları dövlət qurumu tərəfindən biabırçı və vicdansız şəkildə gəlir mənbəyinə çevrilib. Nə böyük rüsvayçılıq!

AYNA məmurları artıq bütün utanc hissini itiriblər…”.

Elçin Əliyev müqayisə üçün Tbilisi və London şəhərlərinin ictimai nəqliyyat sxemlərini paylaşaraq, Bakıda bu sahədə ciddi planlaşdırma boşluğunun olduğunu vurğulayıb.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumun mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru