"Quska"nı Türkiyədə tutub, Bakıya gətirdilər - günün sensasiyası (YENİLƏNDİ)

23-04-2018, 08:06           
"Quska"nı Türkiyədə tutub, Bakıya gətirdilər - günün sensasiyası (YENİLƏNDİ)
Azərbaycandan qaçan Hüseyn Abdullayev cinayətlərinə görə cavab verəcək


Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, “Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.

Bu barədə “Qafqazinfo”ya özəl mənbələrdən məlumat daxil olub. Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb. O, bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

***

Bu məlumat yayılandan sonra, özəl mənbələrdən musavat.com belə bir dəqiqləşdirilməmiş məlumat aldı ki, H. Abdullayevin saxlanaraq, Bakıya gətirilməsi əməliyyatını Azərbaycan DİN həyata keçirdib.

Arestantın saxlanma yeri və şəraiti, istintaq hərəkətləri barədə məlumat ala bilmədik.

***

Hüseyn Abdullayev istirahət və biznes məqsədləri üçün tez-tez Türkiyə Respublikasında olurdu. O, bu ölkədə Azərbaycandakı adamları, o cümlədən də ailə üzvləri ilə görüşür, bütün yay tətillərini Ağ dəniz sahillərində keçirdirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru