Azad Rəhimovun oğlundan UTANC - FOTOFAKT

26-04-2018, 16:33           
Azad Rəhimovun oğlundan UTANC - FOTOFAKT
Xəbər verdiyimiz kimi, sabahdan Azərbaycanda "Formula-1” üzrə növbəti Qran-Pri yarışına start veriləcək. Təşkilatçılar "Formula-1” izləməyə gələnlərin əyləşəcəyi tribunanın üzərində Azərbaycan bayrağını əks etdirmək istəyiblər. Lakin bu zaman ciddi nöqsana yol verilib və bayrağın rəngləri dəyişik düşüb.

Məsələ ilə bağlı Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Unikal.org-a açıqlamasında bunun texniki səhv olduğunui deyib:

"Bu barədə xəbərimiz var. İndi onu düzəldirlər. Sadəcə texniki səhv olub. Bayraq tribunanın üzərinə vurulanda bilməyiblər hansı tərəfə baxsınlar. Bilməyiblər ki, bayraq Bulvar tərəfə, yoxsa trasa baxmalıdır. Texniki bir səhv idi”.

Nəzərinizə çatdıraq ki, bayrağımızın rəngləri – yaşıl və mavi rənglər dəyişik salındığı və aypara-ulduzun səhv istiqamətdə vurulması Media.az saytının təşkilatçıları tərəfindən aşkarlanıb.

Qeyd edək ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Gənclər və İdman Naziri Azad Rəhimovun oğlu Arif Rəhimovdur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru