Tahir İmanovdan qardaşının dini mənsubiyyəti ilə bağlı açıqlama - VİDEO

9-10-2025, 10:24           
Tahir İmanovdan qardaşının dini mənsubiyyəti ilə bağlı açıqlama - VİDEO
Əməkdar artist Tahir İmanov qardaşı Cabir İmanovun vəfatından sonra ilk dəfə açıqlama yayıb.

"32gun.az" xəbər verir ki, bu barədə "Planet Parni İz Baku"nun səhifəsində paylaşım edilib.

“Bu ağır günlərdə bizim yanımızda oldunuz, dəstək verdiniz, bizi tək buraxmadınız. Hər birinizə – sadə vətəndaşlardan tutmuş dövlət nümayəndələrinə, ehtiyac içində olan qardaş-bacılardan tutmuş imkanlı şəxslərə qədər – minnətdaram. Allah sizi və ailələrinizi qorusun.

Bu çətin dövrdə bir çox dövlət qurumları bizə dəstək göstərdi, onlara da təşəkkürümü bildirirəm. Çox sağ olun. Allah millətimizi, xalqımızı və ölkəmizi qorusun.

Cabirin ölümündən sonra bir çox "jurnalistlər" özlərini "qəhrəmancasına" aparmağa başladılar. Lazım olmayan bir mövzunu ortalığa atdılar.

Birincisi, bu kimi mövzuları qabardan insanlar birliyə böyük zərbə vurur. Digəri isə dinə olan mənsubluq hər bir insanın şəxsi işidir. Üçüncüsü ən vacibi isə odur ki, bu çox böyük günahdır. Çünki siz ölünün dalınca qeybət edirsiniz.

Tahir İmanov dəfn mərasimində çəkilişə qadağa qoyulmasının səbəbini belə izah edib.

“Dedim ki, halallıq vermirik. Bu məsələni şişirtdiniz. Qəbiristanlığa gedəndə dedim ki, təkcə kişilər gedir. Bu bizim adətimizdir. Gəlib gördüm ki, yalandan başlarını bağlayan jurnalist xanımlar hansısa yüksəklikdə durub ki, qəbiri çəksinlər. Bu nə adətdir? Babalarınızın, nənələrinizin dəfni vaxtı video çəkilib? Ayıb deyil?”", - deyə aktyor iradını bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru