Natiq Cəfərli: “Bu sahəyə diqqət yetirilməlidir, çünki müəyyən uğurlar itirilə və xarici bazarlar da əldən çıxa bilər”

27-02-2026, 15:24           
Natiq Cəfərli: “Bu sahəyə diqqət yetirilməlidir, çünki müəyyən uğurlar itirilə və xarici bazarlar da əldən çıxa bilər”
Son dövrlərdə istixana sektorunda azalma və məhsul həcmlərində dəyişikliklər müşahidə olunur. İxrac imkanlarının məhdudlaşması fermerlərin gəlirlərinə ciddi təsir göstərir.
İxrac çətinlikləri istixana sektoruna necə təsir göstərir?
İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, istixana sahəsinin azalması ilə əlaqədar narahatlıq doğur.

“Son zamanlar istixanaların sayının azalması əsasən təbii qazın qiymətinin artması ilə əlaqədardır. Kommersiya müəssisələri istixanaları əhaliyə nisbətən daha baha qiymətə satmalı olurlarvə bu sahə sərfəli olmur, baha çıxır. Pomidorun ixrac qiyməti 1 dollar 15 sentə düşüb və bu da vəziyyətə təsir göstərir. Mənim fikrimcə, bu sahəyə diqqət yetirilməlidir, çünki müəyyən uğurlar itirilə və xarici bazarlar da əldən çıxa bilər. Bunun qarşısını almaq üçün isə xüsusi təşviq proqramlarına ehtiyac var”-deyə Natiq Cəfərli qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru