“Vəhhabilər deyirdilər ki, bircə fətva gəlsin, universitetləri, kinoteatrları dağıdacağıq” - ŞOK

31-03-2016, 21:40           
“Vəhhabilər deyirdilər ki, bircə fətva gəlsin, universitetləri, kinoteatrları dağıdacağıq” - ŞOK
Mart ayının 19-da prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmış Tofiq Yaqublu 13 saylı cəzaçəkmə müəssəsində radikal dini baxışları ilə seçilən şəxslər barəsində "Yeni Müsavat"-a danışıb. Müsahibəsində keçmiş vicdan məhbusu qeyd edib ki, həbsxanada olan vəhhabilər real təhlükə mənbəyidir və azadlığa çıxacağları təqdirdə dinc insanlara qarşı terror aktları törədəcəklər: "Amma ordakı təhlükə nədən ibarət idi, bilirsizmi? O vəhabilər birmənalı şəkildə deyirdilər ki, çıxacağıq və bircə fətva gəlsin, universitetləri, kinoteatrları dağıdacağıq. Mən ora təzəcə getmişdim. Orda şiə və vəhabilər arasında ciddi toqquşma oldu. Qoşun yeritdilər, yoxsa qırırdılar bir-birini" "Dustaqlar arasında İŞİD-ə simpatiyanı mən ilk dəfə Şəkidə müşahidə etdim. Təsəvvür edin, efirdə baş kəsmə səhnəsini göstərirlər, dustaqlar “Allahu əkbər” deyə qışqırır. İnanın, gəlirlər televizorlara baxırlar. İŞİD-lə bağlı nəsə hərəkətli bir xəbər olanda qürur duyurlar, bir-birini təbrik edirlər. Yox, əgər İŞİD-lə bağlı hansısa əməliyyat gedibsə, qüvvələri zəifləyibsə, bunlar qəmginləşir"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru