Üç avropa ölkəsi Rusiya və Belarus sərhədində hərbi təlimlər keçirəcək

Bu gün, 09:34           
Üç avropa ölkəsi Rusiya və Belarus sərhədində hərbi təlimlər keçirəcək
Litva, Polşa və Fransa silahlı qüvvələrinin iştirakı ilə Rusiya və Belarus sərhədində hərbi təlimlər keçiriləcək.

Teleqraf xəbər verir ki, təlimlər 16-26 iyun tarixlərində Polşanın Suvalki dəhlizi bölgəsində "Cəsur Qaban 2026" adı altında baş tutacaq.

Litva ordusunun məlumatına görə, təlimlərə hazırlıq məqsədilə hərbi texnikanın daşınmasına iyunun 13-də başlanılacaq.

Təlimlərin məqsədi müttəfiqlərin birgə əməliyyatları və NATO-nun şərq cinahında müdafiə tapşırıqlarını gücləndirməkdir.

Suvalki dəhlizi Polşa-Litva sərhədinin strateji əhəmiyyətli bir hissəsidir. O, Rusiyanın Kalininqrad vilayəti ilə Belarus arasında yerləşir və regionun əsas təhlükəsizlik sahələrindən biri hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru