Tramp və Zelenski görüşəcək – Tarix açıqlandı

14-06-2026, 09:04           
Tramp və Zelenski görüşəcək –
ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski G7 sammiti çərçivəsində keçiriləcək işçi sessiyada iştirak edəcək. Tədbir zamanı onlar arasında qeyri-rəsmi görüş keçirə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin adı açıqlanmayan rəsmisi jurnalistlərə məlumat verib.

Məlumata görə, Donald Tramp iyunun 15-də Fransaya səfər edəcək və həmin gün Emmanuel Makron ilə görüşəcək.
İyunun 16-da isə ABŞ lideri G7 ölkələrinin işçi sessiyasına qatılacaq. Sessiyada Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edəcək.

Ağ Evdə bildiriblər ki, Tramp və Zelenski arasında ayrıca ikitərəfli görüş hələlik planlaşdırılmayıb. Bununla belə, tərəflərin sammit çərçivəsində görüşməsi istisna olunmur. Ağ Ev rəsmisinin sözlərinə görə, Prezident Donald Trampın əsas prioriteti Rusiya-Ukrayna müharibəsinin mümkün qədər tez başa çatdırılmasıdır.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərq ölkələrinin liderlərini və Ukrayna Prezidentini iyunun 15-17-də Fransada keçiriləcək G7 sammitinə dəvət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru