Starmer NATO sammitinə qədər Britaniyanın müdafiə xərcləri planını açıqlayacaq

Bu gün, 09:54           
Starmer NATO sammitinə qədər Britaniyanın müdafiə xərcləri planını açıqlayacaq
Böyük Britaniyanın Baş naziri Kir Starmer NATO-nun 7-8 iyul tarixlərində Ankarada keçiriləcək sammitinədək ölkənin müdafiə investisiyaları planının təqdim ediləcəyini bildirib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, Starmer NATO-nun Baş katibi Mark Rütte ilə telefon danışığı zamanı alyans üzvlərinin dəyişən təhlükələr fonunda kollektiv müdafiəni gücləndirmək üçün birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Baş nazir müdafiə investisiyaları planının hazırlanması ilə bağlı məlumat verərək sənədin NATO sammitindən əvvəl dərc olunacağını təsdiqləyib.

Starmer həmçinin Böyük Britaniyanın növbəti parlament çağırışı dövründə (2029–2034-cü illər) müdafiə xərclərini ÜDM-in 3 faizi səviyyəsinə çatdırmaq niyyətində olduğunu bir daha bəyan edib.

Onun sözlərinə görə, milli təhlükəsizliyin təmin edilməsi hökumətin əsas prioriteti olaraq qalacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru