“Biz qondarma Dağlıq Qarabağ rejimini tanımırıq vә onun nümayəndələri ilә heç bir әlaqәmiz yoxdur".- mövqe

2-06-2015, 22:22           
“Biz qondarma Dağlıq Qarabağ rejimini tanımırıq vә onun nümayəndələri ilә heç bir әlaqәmiz yoxdur".- mövqe
“Biz qondarma Dağlıq Qarabağ rejimini tanımırıq vә onun nümayəndələri ilә heç bir әlaqәmiz yoxdur".

APA-nın mәlumatına görә, bunu Böyük Britaniyanın Azәrbaycandakı sәfiri İrfan Sıddıq separatçı Dağlıq Qarabağ rejimi rәhbәrinin Fransadan sonra Böyük Britaniyaya sәfәr edәcәyi ilә bağlı mәsәlәyә münasibәt bildirәrkәn deyib.

Onun sözlәrinә görә, istәnilәn şəxs Britaniyaya sәfәr etmәk üçün pasport vә viza sәnәdlәri tәqdim etmәlidir: "Britaniya tәrәfindәn tanınan sәnәdlәri tәqdim edәn şәxslәrin sәfәr etmәsinin qarşısını almaq mümkün deyil. Sözügedәn şәxslәrin Britaniyaya sәfәri olsa belә, Britaniya hökumәti ilә heç bir görüşlәri planlaşdırılmayıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru