Rza Pəhləvidən İran rəhbərliyinə xəbərdarlıq – VİDEO

9-01-2026, 12:41           
Rza Pəhləvidən İran rəhbərliyinə xəbərdarlıq – VİDEO
İran şahzadəsi Rza Pəhləvi çərşənbə axşamı günü ilk dəfə etiraz aksiyalarına çağırış edərək, İran boyunca insanları şüarlar səsləndirməyə çağırıb.

Referans Media xəbər verir ki, bu çağırışlardan sonra ölkənin bir çox şəhərində internetin yavaşladıldığı və ya tamamilə kəsildiyi bildirilir.

Rza Pəhləvi yanvarın 6-da iranlıları 8-9 yanvar tarixlərində saat 20:00-da küçələrdə və ya evlərindən şüarlar səsləndirməyə çağırıb. Sonrakı müraciətlərində o, silahlı və təhlükəsizlik qüvvələrini xalqa qarşı zorakılıqdan imtina etməyə, xalqın yanında dayanmağa səsləyib, dünyanın İranı izlədiyini vurğulayıb.

Pəhləvi həmçinin rabitə xətlərinin kəsilməsini tənqid edib və ABŞ Prezidenti Donald Tramp başda olmaqla beynəlxalq ictimaiyyəti İran xalqını dəstəkləməyə çağırıb.

Qeyd olunur ki, iqtisadi böhranla başlayan etirazlar ölkə boyu yayılıb. Qeyri-rəsmi məlumatlara görə, indiyədək 46 nəfər həlak olub, minlərlə insan saxlanılıb. İran hakimiyyəti rəsmi statistika açıqlamayıb. ABŞ etirazçılara qarşı zorakılıq olacağı təqdirdə sərt addımlar atılacağını bəyan edib./Milli.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru