Adını İslam Keşikçiləri qoyub vəhşi qətllər törədən İran molla rejimi məhv edilməlidir.
Bu gün, 11:18

Bu yazını paylaşmaqdan öncə bir neçə sosial media resurslarından araşdırdım və bu insanlığa qarşı cinayət hadisəsinin tam real olduğuna əmin oldum.
38 yaşlı Salehe Akbari tibb işçisi idi. Yanvar hadisələrində yaralananlar xəstəxanalara getməkdən qorxduqlarına görə yardım üçün onun evinə gəlirdilər. Salehe də heç birinə yardımdan imtina etmirdi. Bundan xəbər tutan təhlükəsizlik qüvvələri onların evinə basqın edir, əri Əhməd Xudaeyini vəhşicəsinə döyməyə başlayırlar. Ərinə kömək etmək üçün ortaya girən Saleheni qatillər yerindəcə başından güllələyirlər. Salehenin cəsədini morqa, Əhmədi həbsə aparırlar.Ancaq vəhşilikləri bununla bitmir. Onlar morqa gedərək Salehenin cəsədini hətta seksual hərəkətlərlə təhqir edib çəkilişləri ərinə göstərirlər. Mənən sındırılan Əhməd bu yaxınlarda həbsdən buraxılandan sonra intihar edib. Onun Salehenin instaqram səhifəsində yazdığı son paylaşımı:
Sonuncu paylaşım üçün hansı şəklimizi paylaşacağımı düşündüm, amma gördüm ki, yanımda olduğunuz bu gözəl şəkildən daha gözəl bir şey yoxdur. Əziz həyat yoldaşım, səni bütün qəlbimlə sevirəm və səni məndən alanlar sənə bu dünyada və ya o dünyada qarşılığını verəcəklər. Qollarını aç, indi yanına gələcəyəm. Bu müddət ərzində nə təsəlli olsa da, təşəkkür edirəm. Tək arzum odur ki, səni bu dünyadan getməyə səbəb olanlar əməllərinə görə cəzalandırılsınlar və əgər bir gün zalımlar sənə qarşı haqsız olsalar, cəsədin azadlıqsevər və əziz dostlarım tərəfindən başqa bir qucağa köçürüləcək və səni qucağıma, məzarımda qoyacaq və məzar daşlarımıza Əhməd və Salehe yazacaqlar. Səni əbədi sevirəm. Bu, kin, nifrət, zülm və daş ürəklərlə dolu bu dünyadan ayrılmazdan əvvəl son paylaşımdır. Dünya sevgisi olmayanlara bir hədiyyədir. Elədir. Dünya sevgisi olmayanlara bir hədiyyədir.
İnstaqram səhifəsi: https://www.instagram.com/p/DXQKve8iENL/
https://www.instagram.com/saleheakbari938gma...
https://x.com/Alinejad.../status/2045836785272390141/photo/1
İlham Gadir
TEREF

