Kənd təsərüfatı mallarında ucuzlaşma

13-05-2015, 20:12           
Kənd təsərüfatı mallarında ucuzlaşma
Aprel ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,9 faiz, o cümlədən birillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının uyğun olaraq 0,1 və 2,2 faiz ucuzlaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 2,1 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 1,5 faiz ucuzlaşıb.

Birillik bitkilərdən buğdanın, arpa dəninin, kartofun, yoncanın istehsalçı qiyməti ucuzlaşıb, lobya və noxud dəninin, günəbaxan toxumunun, pomidorun istehsalçı qiyməti isə bahalaşıb.

Çoxillik bitkilərdən almanın, badamın, şabalıdın, fındığın, tərəvəz şitilinin istehsalçı qiyməti bahalaşıb, qozun, gül şitilinin istehsalçı qiyməti isə ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından südün, mal və qoyun ətinin (diri çəkidə), diri ev quşlarının, yumurtanın, quş ətinin (diri çəkidə) istehsalçı qiyməti ucuzlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]