"Xəzər İnşaat XXI əsr"də poliretan həyəcanı..

22-05-2015, 12:10           
"Xəzər İnşaat XXI əsr"də poliretan həyəcanı..
"Xəzər İnşaat XXI əsr" MMC-nin inşa etdiyi bir neçə binaya poliretan vurulub. Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən bu binalar da oda davamsız bu materiallarla üzlənib.

TİA.AZ-a yazan yerli sakinlər bildirirlər ki, tezliklə bu üzlüklər qoparılıb sökülməlidir, amma ləngiyir. Həmin binalardan bir neçəsi artıq istifadəyə verilib.
Binalar hələ tikilməmişdən qabaq burdan mənzil alan vətəndaşlar binanın poliretanla üzlənəcəyinə etiraz ediblər. Lakin şirkət rəhbərliyi həmin materialların yanğına davamlı və təhlükəsiz olduğunu deyərək insanları inandırmağa çalışıb.
Mayın 19-da Binəqədidə baş vermiş yanğın hadisəsi və 15 nəfərin tələf olmasından sonra sözügedən şirkətin binalarında yaşayanlar yenidən həyəcanlanıb. Sakinlər bildirirlər ki, Prezidentin tapşırığı var və ona əməl olunmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]