Dərman qiymətlərinin tənzimlənməsində son vəziyyət açıqlandı

2-06-2015, 20:55           
Dərman qiymətlərinin tənzimlənməsində son vəziyyət açıqlandı
Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı lazımi addımların əhəmiyyətli hissəsi atılıb.

Bu barədə jurnalistlərə Baş nazirin müavini Əli Əhmədov bildirib.

Ə.Əhmədov deyib ki, bu yaxınlarda Nazirlər Kabineti tərəfindən dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi üzrə qaydalar müəyyən ediləcək.

Onun sözlərinə görə, bu sahədə insanları narahat edən problemlərin həll edilməsinə çalışılır: “Həmin qaydalar əsasında da dərmanların qiymətləri tənzimlənəcək. Artıq işlərin əksər hissəsi görülüb. Əlbəttə qeyd etmək lazımdır ki, bu o qədər də asan deyil. Dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı lazımi işlər görülür. Qaydalar qəbul olunandan sonra biz çalışacayıq ki, dərmanların qiymətləri sahəsində vətəndaşları narahat edən problemlər aradan qaldırılsın”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]