Xətai rayonunda 9 mərtəbəli binada lift 1 aydır işləmir-Video

27-09-2025, 07:04           
Xətai rayonunda 9 mərtəbəli binada lift 1 aydır işləmir-Video
1 aydır ki, çoxmərtəbəli binanın lifti işləmir.

XALQ xəbər verir ki, söhbət paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsi 81 ünvanından gedir.

Sakinlər deyirlər ki, 9 mərtəbəli binanın 10-cu blokunda liftin sırdan çıxması onlara kifayət qədər çətinlik yaradır. Xüsusən də yaşlı insanlar əksər hallarda mənzildən çıxa bilmirlər ki, qayıtmaq çətin olacaq.

Sakinlərin sözlərinə görə, əlaqədar qurumlarla əlaqə saxlayıblar. Lakin nəticəsi olmayıb.

Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, əraziyə baxış keçirildikdən sonra lift idarəsinə məlumat verilib. İdarənin mütəxəssisləri də məlumat veriblər ki, liftin sıradan çıxan detalı 2-3 gün ərzində yenisi ilə əvəz olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru