“Instagram” və “Facebook”da ödənişli dönəm başladı

28-09-2025, 09:14           
“Instagram” və “Facebook”da ödənişli dönəm başladı
Sosial media nəhəngi Meta “Facebook” və “Instagram” platformalarında reklamsız abunəliyə başlayır.

Önümüzdəki həftələrdə İngiltərədə satışa çıxarılacaq bu yeni modellə istifadəçilər reklamsız təcrübə üçün ödəniş edə biləcəklər.

İstifadəçilər reklamsız istifadə üçün ödəniş etməyi və ya pulsuz davam edərək reklamlarla qarşılaşmağı seçə bilərlər.

Önümüzdəki həftələrdə tətbiq olunacaq sistem iOS və Android istifadəçiləri üçün ayda 3,99 funt (təxminən 9.09 AZN), internet abunəçiləri isə ayda 2,99 funt (təxminən 6.81 AZN) ödəyəcəklər.

Abunəlik almayan istifadəçilər proqramlardan pulsuz istifadə etməyə və reklamlarla qarşılaşmağa davam edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru