Ailə TV çökdü- Minlərlə abonent internetsiz qalıb

5-02-2026, 00:16           
Ailə TV çökdü-
Bu gün səhər saatlarından etibarən Ailə TV internet provayderinin fəaliyyəti dayanıb.

TEREF-in əldə etdiyi məlumata görə, problem lokal deyil və daha böyük miqyasda baş verib. Belə ki, yeraltı internet kabellərində qırılma qeydə alınıb. Nəticədə hazırda minlərlə abonent internet xidmətindən istifadə edə bilmir.

Abonentlərin bildirdiyinə görə, internetin kəsilməsi ilə bağlı provayder tərəfindən əvvəlcədən hər hansı xəbərdarlıq edilməyib, həmçinin yaranmış problemə görə üzr də istənilməyib.

Hazırda nasazlığın nə vaxt aradan qaldırılacağı ilə bağlı Ailə TV tərəfindən rəsmi açıqlama yayılmayıb. Məlumata görə, ərazidə işlər aparılır və bu böyük vaxt aparacaq.

Məsələ ilə bağlı provayderin mövqeyini öyrənməyə çalışırıq. Bizimesr.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru