Al Paçino düşüncələri

Bu gün, 12:04           
Al Paçino düşüncələri
"Mən köhnə düşüncəli biriyəm. Düşünürəm ki, ləyaqətli bir qız gecə klublarına getmir. Onun orada axtaracağı bir şey yoxdur.
Mən köhnə düşüncəli biriyəm. Düşünürəm ki, sevdiyin insanla cəmi beş dəqiqə daha vaxt keçirmək hər şeydən keçməyə dəyər və bu beş dəqiqəni uzatmaq üçün hər şeydən imtina etməyə hazıram.
Mən köhnə düşüncəli biriyəm; düşünürəm ki, münasibətlər etibar üzərində qurulur və əgər sən "səni sevirəm" desən, bu üç söz səni həyata bağlayır.
Mən köhnə düşüncəli biriyəm; düşünürəm ki, qız layiqli davranmalıdır. Qızın iffəti (ədəb-ərkanı) oğlan üçün ən vacib dəyərdir.
Mən köhnə düşüncəli biriyəm. Düşünürəm ki, qız üçün kobud sözlər qəbuledilməzdir; yalnız həyasız qadınlar söyüş söyürlər.
Mən köhnə düşüncəli biriyəm; düşünürəm ki, əgər bir qız mənim sevgilimdirsə, deməli, o, yalnız mənimdir.
Bəli, mən köhnə düşüncəli biriyəm və bu "geriliyi" oğullarıma ötürmək istərdim. Necə ki, atam bunu mənə babamdan ötürüb. Buna görə də ailəmizdə... Sevgililərimizə, həyat yoldaşlarımıza və analarımıza həmişə hörmətlə yanaşılıb və sevgi ilə əhatə olunublar..."
Al Paçino
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru