DİQQƏT: Bu şəxslər üçün parklanma pulsuz ola bilər
Bu gün, 16:18

Böyük şəhərlərdə parklanma yerlərinin sayının məhdud olması və nəqliyyat axınının tənzimlənməsi məqsədilə ödənişli parklanma sistemi tətbiq edilir. Bununla yanaşı, bir sıra ölkələrdə əlilliyi olan şəxslər üçün xüsusi güzəştlər və ya ödənişsiz parklanma imkanları yaradılıb.
Bəs Azərbaycanda da gələcəkdə bu kateqoriyadan olan vətəndaşlar üçün ödənişsiz parklanma yerlərinin ayrılması mümkündürmü?
TEREF xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hazırda “Azparking” tərəfindən təşkil olunan parklanma məntəqələrində müəyyən güzəştlər tətbiq edilir:
“Bazar günləri parklanma ödənişsizdir. Eyni zamanda axşam saat 22:00-dan sonra və ilk 15 dəqiqə ərzində avtomobilin parklanma yerində saxlanılması üçün ödəniş tələb olunmur. Lakin ayrıca olaraq hər hansı bir kateqoriya, o cümlədən əlilliyi olan şəxslər üçün parklanmanın tam pulsuz olması ilə bağlı praktikaya rast gəlinmir”.
Ekspert qeyd edib ki, gələcəkdə əlilliyi olan şəxslər üçün xüsusi ödənişsiz parklanma mexanizminin tətbiq ediləcəyi barədə də hər hansı rəsmi məlumat mövcud deyil.
Onun sözlərinə görə, bu istiqamətdə qərarların qəbulu aidiyyəti dövlət qurumlarının səlahiyyətindədir və hazırda belə bir yeniliyin tətbiqinə dair ictimaiyyətə açıqlanan plan yoxdur.
Beləliklə, hazırkı vəziyyətdə əlilliyi olan şəxslər üçün xüsusi ödənişsiz parklanma yerlərinin yaradılması və ya ödənişdən azad olunması ilə bağlı rəsmi qərar mövcud deyil.

