Səfəvilərin mənşəyi

Bu gün, 16:04           
Səfəvilərin mənşəyi
Təvəkkül ibn Bəzzazın səfəvilərin mənşəyi ilə bağlı 1357-ci ildə yazdığı "Səfvət əs-Səfa" əsərinin müəllif nüsxəsi əlimizdə yoxdur. Əlimizdə olan həmin əsərin XV əsrin sonunda köçürülən mətnidir ki, onun da hazırda üç nüsxəsi var. Bunlar Ayasofya, London və Leyden nüsxələridir. Səfəvilərin ilk əcdadı sayılan Firuzşah Zərrinkulah əl-kürdi haqqında məlumatlar həmin nüsxələrdə keçir. Lakin bu nüsxələrdə səfəvilərin seyidlik şəcərəsi haqqında heç bir məlumat yoxdur. Yalnız Şeyx Sədrəddinin dilindən "atam deyərdi ki, bizim nəsəbimizdə seyidlik var" deyə bir cümlə yazılıb.
1542-ci ildə şah I Təhmasibin (1524 - 1576) göstərişi ilə "Səfvət əs-Səfa" əsəri "Şeyx Səfi Təzkirəsi" adı ilə Məhəmməd Hüseyn Nişati tərəfindən fars dilindən türkcəyə tərcümə olunmuş, həmin tərcümədə səfəvilərin ilk əcdadı Firuzşah Zərrinkülahın adından əl-Kürdi nisbəsi çıxarılmış və seyidlik şəcərəsi əlavə olunmuşdur.
Елбрус Вахидов












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru