Yardımlı rayon Təhsil Sektorunun binası xarabalığa çevirilib - VİDEO

Bu gün, 00:04           
Yardımlı rayon Təhsil Sektorunun binası xarabalığa çevirilib - VİDEO
Yardımlı rayon Təhsil Sektorunun inzibati binasının acınacaqlı vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb.

Bizimesr.com-a daxil olan videogörüntülərdə binanın baxımsız vəziyyətdə olduğu, ərazidə təmizlik işlərinin lazımi səviyyədə aparılmadığı və tikilinin müxtəlif hissələrinin yararsız hala düşdüyü görünür.

Görüntülərdən aydın olur ki, binanın ətrafı və daxili hissələrinin bir qismi baxımsızlıq səbəbindən zibilliyə çevrilib. Bu isə dövlət qurumunun yerləşdiyi inzibati binanın vəziyyəti ilə bağlı suallar yaradır.

Qeyd edək ki, Yardımlı rayon üzrə təhsil sektorunun müdiri Kamal Təhməzovdur.

Sakinlər bildirib ki, uzun illərdir vəziyyət eyni olaraq qalır və təhsil sektorunun müdiri Kamal Təhməzov narahat deyil.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru