ABŞ – İran, deyəsən, anlaşdılar,... Əgər İsrail anlaşmanı pozmağa cəhd etməsə
Bu gün, 16:58
ABŞ – İran, deyəsən, anlaşdılar, hər tərəf özünü qalib elan etdi-edir, bu da gözlənilən idi. Əgər İsrail anlaşmanı pozmağa cəhd etməsə, bu həftə imzalar atılacaq, bu gün neft 83 dollara düşdü, qızılın unsiyası 4330 dollara qalxdı – anlaşma rəsmiləşəndə neft 75-80 dollara qədər ucuzlaşacaq, qızılın qiyməti isə 4500 dolları keçəcək. Anlaşma qalıcı olandan sonra isə neft daha da ucuzlaşacaq, qızıl isə bir az da bahalaşacaq. ABŞ İran neftinə investisiya və iqtisadi yollarla şərik olur-olacaq. İrana böyük investisiyalar gəlsə (təqribən, 300 mlrd. dollar investisiya müqavilələri olacaq), ölkə daha çox açılmağa məcbur olacaq, açıldıqca, daha çox dəyişəcək. Yəni, İranda sistemin adı dəyişməsə də, mahiyyəti sürətlə dəyişir-dəyişəcək. Hörmüzdə İran-Oman (oxu –ABŞ) birgə nəzarət mexanizmi yaranacaq. Ən pis sülh, ən yaxşı müharibədən karlıdır, hamı üçün, bir tək hər iki tərəfdə uydurulmuş tarixi, dini mifləri istismar edərək hakimiyyətlərinin ömrünü uzatmaq istəyənlərədən başqa... Natig Jafarli TEREF