Netanyahu Trampın sülhlə bağlı tələbini RƏDD ETDİ

Bu gün, 15:08           
Netanyahu Trampın sülhlə bağlı tələbini RƏDD ETDİ
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə danışığında bildirib ki, İsrail ordusu Livandakı mövqelərini tərk etməyəcək və “Hizbullah”a qarşı əməliyyatları davam etdirəcək.

Demokrat.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Belə ki, Netanyahu Vaşinqton və Tehran arasında mümkün razılaşma əldə olunacağı təqdirdə belə, İsrailin öz təhlükəsizlik siyasətini dəyişməyəcəyini vurğulayıb.

Məlumata əsasən, İsrail hökumətinin başçısı Trampa bildirib ki, ölkəsi İranla bağlı mümkün sazişdə yer alan Livanla əlaqəli müddəaları özü üçün məcburi hesab etmir.

“Netanyahu açıq şəkildə bildirib ki, İsrail Müdafiə Qüvvələri hazırda nəzarətdə saxladığı Livan ərazilərində qalacaq və Hizbullah tərəfindən yarana biləcək təhlükələrin qarşısını almaq üçün fəaliyyətini davam etdirəcək”, – deyə İsrail mediası yazır.

Beləliklə, İsrail rəhbərliyi ABŞ-İran danışıqlarının nəticəsindən asılı olmayaraq Livanın cənubunda hərbi mövcudluğunu qorumaqda israrlı olduğunu nümayiş etdirir.

Qeyd edək ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir də bənzər açıqlama verərək, ABŞ-ın İranla razılaşmasının ölkəsi üçün məcburi olmadığını bildirmişdi.

Xatırladaq ki, daha əvvəl Amerika Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ və İran arasında sazişin şərtlərindən məmnun olduğunu qeyd etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru