Azərbaycana gətirilən 100 illik sənət əsərinə 4 min manata yaxın pul ödənilib
Bu gün, 12:24
Cari ilin yanvar-mart aylarında Azərbaycan Rusiyadan yaşı 100 ildən çox olan 1 ədəd əl ilə çəkilmiş rəsm əsəri və ya pastel (xüsusi rəngli çubuqlarla çəkilən rəsm növü) idxal edib.
Valyuta.az xəbər verir ki, həmin əsərin ümumi dəyəri 2,32 min ABŞ dolları təşkil edib.
Beləliklə, ölkəyə gətirilən sənət əsərinin bir ədədinin qiyməti 2 320 ABŞ dolları və ya təxminən 3 944 manat olub.