Köçəryan qaçarkən həbs edildi - Hava limanında

Bu gün, 01:34           
Köçəryan qaçarkən həbs edildi - Hava limanında
Ermənistanda seçkilərdən sonra siyasi gərginlik daha da artır.

Erməni kiv-lərində ölkənin ikinci prezidenti Robert Köçəryanın İrəvandakı Zvartnots hava limanında olduğu anları əks etdirən videokadrlar yayılıb. Görüntülər onun ölkəni tərk etməyə çalışdığı vaxt lentə alınıb.

Xatırladaq ki, bu gün Köçəryanın ofisi onun şəxsi xarakterli səfərlə üç günlük müddətə ölkədən ayrıldığını açıqlamışdı. Lakin bir müddət sonra Ermənistan mediasında yayılan məlumatlarda Köçaryanın ölkədən çıxışına icazə verilmədiyi və hava limanında saxlanıldığı bildirilmişdi.


Görüntülər Ermənistanın siyasi gündəmində geniş rezonans doğurub.

Qeyd edək ki, parlament seçkilərinin başa çatdığı gecə Baş nazir Nikol Paşinyan müxalif düşərgəyə qarşı sərt bəyanatlar səsləndirmiş, Robert Köçəryanın, Qaqik Sarukyanın və Samvel Karapetyanın məsuliyyətə cəlb olunacağını bildirmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru