Beş il əvvəl təmiri başlayan bina hələ də istifadəyə verilməyib - Qurumdan AÇIQLAMA - VİDEO

Bu gün, 17:34           
Beş il əvvəl təmiri başlayan bina hələ də istifadəyə verilməyib - Qurumdan AÇIQLAMA - VİDEO
Bakının Hövsan qəsəbəsində təxminən beş il əvvəl təmirinə başlanılan Hövsan Mədəniyyət Sarayı hələ də istifadəyə verilməyib. Hazırda acınacaqlı vəziyyətdə olan bina ilə bağlı bir qrup qəsəbə sakini sosial şəbəkələrdə videomüraciət yayaraq aidiyyəti qurumlara səsləniblər. Sakinlər bildirirlər ki, vaxtilə müəyyən təmir işləri aparılsa da, prosesin dayanması binanın xarabalığa çevrilməsinə yol açıb.
Bu barədə Baku TV-nin videomaterialında deyilir.

Qəsəbə sakinlərindən birinin sözlərinə görə, üç il əvvəl binada daxili suvaq işləri görülmüş və pəncərələr quraşdırılmışdı. Lakin nəzarətsizlik və işlərin yarımçıq qalması səbəbindən sonradan şüşələr sındırılıb, binanın daxili hissələri dağıdılıb. Hazırda tikili baxımsız və bərbad haldadır.

Məsələ ilə bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən qeyd olunub ki, paytaxtda və regionlarda əsaslı təmirə və yenidənqurmaya ehtiyacı olan mədəniyyət müəssisələrinin investisiya proqramlarına daxil edilməsi imkanları hazırda nəzərdən keçirilir. Qurumun məlumatına görə, bu istiqamətdə lazımi monitorinqlər və texniki qiymətləndirmələr aparılır.

İdarədən, həmçinin qeyd olunub ki, Hövsan Qəsəbə Mədəniyyət Evi ilə bağlı məsələyə də aidiyyəti üzrə baxılır. Müvafiq maliyyə vəsaiti ayrıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri prosedurlar həyata keçiriləcək və binada yarımçıq qalmış işlər davam etdiriləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru