"Halal" şirkətlərin milyonlarla borcu var

Bu gün, 00:08           
"Halal" şirkətlərin milyonlarla borcu var
Azərbaycanda "halal" adı altında fəaliyyət göstərən şirkətlərin milyonlarla borcu var.

Bizimesr.com xəbər verir ki, "Azəri Halal" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 49.909,14 AZN vergi borcu yaranıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Cəfərov Əlişir Surxay oğludur.

"Az.Halal Qida" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1.642.263,64 manat vergi borcu var. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Abdullayev Vüsal Hidayət oğludur.

Nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Əhmədov Sadiq Əhməd oğlu olan "Halal Food" MMC-nin isə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu 2.140.931,41 AZN-ə yüksəlib. /Qaynar/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru