Yeyinti məhsulları idxalı 1 milyard dollara yaxınlaşır Bu gün, 15:44 2026-cı ilin ilk 4 ayında Azərbaycana 912 milyon 447 min ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edilib.Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 866 milyon 122 min ABŞ dolları təşkil edib.Bu isə illik müqayisədə 46 milyon 324 min ABŞ dolları və ya 5,35% artım deməkdir.Hesabat dövründə yeyinti məhsullarının ümumi idxaldakı payı 16,52% olub. Ötən ilin eyni dövründə bu göstərici 10,65% təşkil edib.Bu da illik müqayisədə 5,87 faiz bəndi və ya 55,1% artım deməkdir. Facebook-da paylaş