İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı

20-05-2026, 11:17           
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı
Cəlilabadın icra başçısı Rafiq Cəlilovun rayonun Qamışlıgöl kənd sakinləri ilə səyyar görüşü müzakirələrə səbəb olub.

Xitab24.az xəbər verir ki, icra başçısı görüş zamanı kölgədə əyləşsə də, vətəndaşları günün altında saxlayıb.

Bunu əks etdirən görüntülər Cəlilabad RİH-in sosial şəbəkə hesabında paylaşılıb.

Paylaşılan görüntülər birmənalı qarşılanmayıb və Rafiq Cəlilovun özü kölgədə oturduğu halda kənd sakinlərini günün altında əyləşdirməsi tənqidlərə səbəb olub.

Qeyd edək ki, daha öncə Qaxın sabiq icra başçısı Musa Şəkiliyev Uzuntala kənd sakinləri ilə görüşdə eyni addımı atmış, özü kölgədə əyləşdiyi halda vətəndaşlar günəş altında oturmaq məcburiyyətində qalmışdı. M.Şəkiliyev daha sonra külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilmişdi.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru