2026-cı ilin yanvar-aprel aylarında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 1 milyard 271,2 milyon manat həcmində xidmət göstərilib.
Valyuta.az xəbər verir ki, illik müqayisədə 13,3 faiz artım olub.
2025-ci ilin müvafiq dövründə bu göstərici 1 milyard 122,3 milyon manat olub.
Göstərilən xidmətlərin 70,5%-i əhali tərəfindən istehlak olunub.
Sahə üzrə əldə olunan gəlirin 408,7 milyon manatı və ya 32,2%-i mobil telefon rabitəsi xidmətlərinin payına düşüb.