Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış

Bu gün, 00:05           
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış
Azərbaycanda daha bir şirkət – “Kon-Lay Project” MMC (VÖEN – 1301807111) etibarsız təchizatçıların reyestrinə daxil edilib.
Yeniavaz.com xəbər verir ki, “Kon-Lay Project” MMC sənədləri saxtalaşdırdığı üçün bir il müddətində – 12.05.2026-cı ildən 12.05.2027-ci il tarixinədək satınalmalarda iştirak edə bilməyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 20 manat olan MMC 2008-ci ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78, m. 20-də yerləşən MMC-nin qanuni təmsilçisi Həsənov Anar Əzimxan oğludur.
Onu da bildirək ki, “Kon-Lay Project” MMC əsasən yerli icra hakimiyyətlərinin keçirdiyi tender müsabiqələrində qalib olub.
Şirkət təkcə son bir il ərzində 370 min manat dəyərində 19 tender müsabiqəsini udub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru